Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakının bir küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
Sabah saat 09:00-dan 23:00-a qədər Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinə qədər olan hissəsində tam məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.
"Yollarda hərəkətin məhdudlaşdırılması" teqi üzrə xəbərlər
- BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib
- Bakının əsas prospektlərindən birində hərəkət qismən məhdudlaşdırılacaq
- Dövlət agentliyi sürücüləri Bakı-Qazax yolunda diqqətli olmağa çağırıb
- Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir neçə yolda təmir işləri aparılır
- Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Ən çox oxunanlar