Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Olavio Juninyonun performansı narazılığa səbəb olub
"Flamenqo"nun "Qarabağ"dan transfer etdiyi Juninyo Olavionun performansı Braziliyada birmənalı qarşılanmır.
Oxu.Az xəbər verir ki, "Flamenqo"nun fan-klubuna aid olan sosial şəbəkə hesablarından Juninyo ilə bağlı narazılıqlar səsləndirilib.
Onlar Braziliya klubuna keçdikdən qısa müddət sonra zədələnən və yenicə yaşıl meydanlara dönən Juninyodan qollar gözləyirlər.
Braziliyalı futbol mütəxəssisi Mauro Sezar isə forvarda inandığını açıqlayıb. O, azarkeşlərdən Juninyoya bir qədər vaxt vermələrini istəyib:
"Bir az sakit olmaq lazımdır, çünki Juninyo Azərbaycandan yeni gəlib. Ona vaxt lazımdır. Üstəlik, burada keçirdiyi oyun sayı da hələ azdır. Juninyo yeni kollektivə uyğunlaşa və bacarıqlı olub-olmadığını göstərə bilər".
Qeyd edək ki, Juninyo "Qarabağ"dan "Flamenqo"ya bu ilin əvvəlində 5 milyon avroya transfer olunub. Forvard geridə qalan müddətdə Braziliya klubunun heyətində 1 qol vura bilib.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
- Alvaro Morata "Atletiko Madrid"dən ayrıldığı üçün peşman olub
- "Napoli" Kvaratsxeliyanın satışından əldə olunan gəlirlə səkkiz futbolçu alacaq
- "Milan" Teo Ernandeslə yollarını ayırır
- "Liverpul" türkiyəli hücumçu üçün İtaliya klubuna 80 milyon avro ödəməyə hazırdır
- "Mançester Yunayted" altı futbolçusuna yeni komanda axtarmağı tapşırıb