Sabah paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərində, eləcə də Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümid, Sahil, Qızıldaş, Buta, Korgöz və Şanqar qəsəbələrində, həmçinin AZNS yaşayış massivində içməli suyun verilişi məhdudlaşdırılıb.
Su təchizatının gün ərzində mərhələlərlə bərpa olunacağı gözlənilir.