Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının əsas küçəsində səkilər ZƏBT OLUNDU
Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər deyirlər ki, əvvəllər burada ağaclar var idi. Amma indi səki ilə yanaşı, ağaclar da ləğv olunub.
"Səki yoxdur, məcburən maşın yoluna çıxırıq", - narazı sakinlərdən biri söyləyib.
Ərazidə çalışan ustalar isə bildiriblər ki, piyada səkisi yenidən bərpa olunacaq.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 yanvar 2025-ci il tarixində sözügedən əraziyə baxış keçirilib:
"Ərazidə səkinin zəbt edilərək avtomobil dayanacağına çevrilməsi faktı aşkarlanıb. Parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilən qaydada razılaşdırılmayıb. Baş İdarə tərəfindən işlər dayandırılaraq səkinin bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə qaytarılması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ünvanlanıb, müvafiq göstərişlər verilib".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Artalas, Artız, Artik və Artik vəng - türk tarixinin izi
- Yeniyetmələrin sosial mediaya girişi məhdudlaşdırılır?
- "Son uçuş" filminin müəllifi DANIŞDI: "Hadisə hər kəs kimi mənə də çox təsir etdi"
- Daun sindromlu cütlükdən qeyri-adi evlilik TƏKLİFİ
- AZAL təyyarəsinin qəzasında ölən yeniyetmənin anası: "Məhəmmədəlinin arzusu həyata keçdi"