Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Üzərinə gerb həkk olunan qəpikləri niyə baha alırlar? - AÇIQLAMA
10, 20, 50 qəpiyin 250, 150, 80 manata alış və satışı təşkil edilir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, son vaxtlar elan saytlarında və sosial şəbəkələrdə belə elanların sayı artıb.
Maraqlısı budur ki, qəpiklər köhnə və ya nadir buraxılış deyil. Lakin buna baxmayaraq, müəyyən şəxslər bu qəpikləri yüksək məbləğdə təklif edirlər.
Hüquqşünasların sözlərinə görə, bəzi kolleksiyaçılar qəpiyin dövriyyədə az olduğunu hesab edib bu kimi alışlara üstünlük verirlər. Onlar düşünürlər ki, üzərində gerb həkk olunan qəpiklərin sayı dövriyyədə məhduddur.
Hüquqşünas Kamandar Hüseynov bildirib ki, bu fəaliyyət Azərbaycan Respublikasının valyuta tənzimi qanununun məqsədlərinə ziddir.
Hüquqşünas onu da da əlavə etdi ki, belə fəaliyyətlərin genişlənməsi nəticəsində qəpiyin dövriyyədə çatışmazlığı yarana bilər.
Ətraflı süjetdə:
Rəylər