"8 Noyabr prospektində təmir işləri davam etməkdədir və yol tamamilə bağlı deyil".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Anar Nəcəfli deyib.
"Prospekt tam olaraq bağlı deyil. Yolda əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub, hazırda yol birtərəfli bağlıdır", - deyə agentlik rəsmisi qeyd edib.
8 Noyabr prospektində hərəkətə məhdudiyyət tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.
Qeyd edək ki, Oxu.Az-a verilən məlumata görə, hazırda 8 Noyabr prospektindən üzü Ağ şəhər istiqamətində insanlar piyada hərəkət edirlər.
Videonu təqdim edirik:
Əzizə İsmayılova
Rəylər