Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakının hansı küçələrində sıxlıq var? - 12.06.2024
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
6. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.