Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İki yüz min sakinə şad xəbər: Sürətli sərnişin qatarlarına iki stansiyada dayanacaq verilir
"İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir".
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərli deyib.
O bildirib ki, ötən ilin sonunda Azərbaycana çatdırılmış dörd ədəd "Flirt" qatarı artıq tam istismara hazırdır:
"Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir. İstər Ucar, istər Ağdaşın ətraf rayonlarının 200 minə yaxın sakini üçün sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq".
O əlavə edib ki, qatar müasir tələblərə cavab verir:
"Qatarda bar-vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burada velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatmasına imkan verir".
Almaz Qasımova
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakı-Xırdalan-Sumqayıt qatarında YUBANMA VAR - Səbəbi açıqlandı
- Qatarı dayandıran inəyə görə səkkiz min manat CƏRİMƏ
- Selin fəsadı ilə bağlı RƏSMİ CAVAB: "Siyəzəndə dəmiryol ərazisində ziyan olmayıb"
- ADY: "Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur"
- Yevlax-Ağdam dəmir yolunun yenidən qurulması nə vaxt başa çatacaq?