Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;
10. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;
11. Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyası istiqamətində;
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.
Rəylər