Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırıldı
Bakı şəhəri, Yasamal rayonunda Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifafə etmələri xahiş olunur.
Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Ağsu aşırımında yenidən torpaq sürüşməsi olub
- Ağsu aşırımında yağışdan sonra sürüşmə olub
- Prezidentin 1.5 milyon manat ayırdığı yolda təmir işlərinə başlanıldı
- Bakının daha bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI
- Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq