Bakı Dairəvi yolu bu gün saat 11:00-dan sonra bağlanacaq.
Oxu.Az-ın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Bakı Dairəvi yolunda (Bakı-Sumqayıt şossesi ilə kəsişmədən “Maşın bazarı” yol qovşağına qədər) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Xocahəsən yolundan istifadə etmələri tövsiyə olunur.
Daha bir məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Yusif Səfərov küçəsində (Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən Babək prospekti ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.
Elvin Əhmədov
www.oxu.az