Bakının Akademik Həsən Əliyev küçəsində (Tbilisi prospekti istiqamətində) avtomobillərin hərəkət sürəti artıb.
Oxu.Az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, buna səbəb sürət artımı asfalt örtüyünün yenilənməsindən və Tbilisi dairəsində işıqforların vaxt rejiminin dəyişdirilməsidi.
Sürət artımı mərkəzin video aşkarlayıcı kameraları vasitəsilə qeydə alınıb.
2013-cü ilin ərazidə maşınların günlük orta hərəkət sürəti 31,7 km/saat idisə, bu ilin iyul ayında bu göstərici 38,7 km/saat olub.
Sürət artımı günün pik saatlarında - saat 08:00-10:00 və 18:00-20:00 arasında da baş verib.
