Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakının mərkəzindəki əlbəyaxa davaya görə iki nəfər saxlanılıb
Paytaxtın Səbail rayonu Nizami küçəsində baş verən insidenti törədən şəxslər - M.Əbdüləzimov və E.Sadıqlı saxlanılaraq ərazi üzrə polis bölməsinə gətiriliblər.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Bakının Nizami küçəsində əlbəyaxa dava olub.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, iki gənc bir-birini təhqir edib, yumruqlamağa başlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
"Bakı" teqi üzrə xəbərlər
- Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq
- Bakıda mühafizəçinin üzərindən maşın keçdi - TƏFƏRRÜAT
- Bakıda 62 yaşlı kişi küçədə öldü
- "Euronews" Bakıda keçirilmiş islamofobiya ilə mübarizə konfransı barədə videosüjet hazırlayıb
- Bakıda qadın ürəyindən bıçaqlandı, evdəki "müalicə" xeyir etmədi