Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakının mərkəzi küçəsində piyada keçidi niyə yoxdur?
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Cəfər Cabbarlı küçəsində yol hərəkətinin təşkili məsələsinə toxunulub.
Sözügedən küçədə 1.20 xəbərdarlıq nişanı olmasına baxmayaraq, piyadalar yolu həmin hissədən qanunsuz olaraq keçirlər. Bu da potensial qəza riski deməkdir. Həmin küçədə dəfələrlə piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Piyada kimi hərəkət edən şəxs məcburdur ki, yolu ya yuxarı tərəfdən, yəni Naxçıvani küçəsi ilə kəsişmədən, ya da xeyli məsafə qət edib metronun "Nizami" stansiyasının çıxışı tərəfdən keçsin. Görəsən, cavabdeh kimdir, piyadalar, yoxsa onları qayda pozmağa sövq edən yol infrastrukturu?
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
- Şamaxı-Cabanı yolunda SÜRÜŞMƏ: Sürücülər çətinliklə hərəkət edirlər
- Xronika: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan məkan
- Avtobus zolağına daxil olan sürücülərin cərimələri artdı?
- Hacıqabuldakı sel yolu UÇURDU: Sakinlər çətin VƏZİYYƏTDƏ