Bakının Heydər Əliyev prospekti - kənar yol şəhər istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, “Mercedes” markalı yük avtomobilinin aşması nəticəsində yol bağlanıb.