Bakının Neftçilər prospektində qəza baş verib.
Oxu.Az xəbər verir ki, “Opel” markalı avtomobillə “Volkswagen” markalı maşın toqquşub.
Qəza zamanı 99 GF 922 dövlət nömrə nişanlı “Opel” aşıb.
“Volkswagen” markalı 90 BN 078 dövlət nömrə nişanlı avtomobilə isə ciddi ziyan dəyib.
Yaralı və ölənlərlə bağlı məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli