Bakının Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Ziya Bünyadov prospekti Əsas yolda (Ayna Sultanova parkının yaxınlığı - 20 Yanvar istiqamətində) iki iriqabaritli avtomobil toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.
NİİM-in (Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi) yaydığı məlumata görə, sürücülərə alternativ olaraq Ziya Bünyadov prospekti köməkçi yoldan istifadə etmələri tövsiyə olunur.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az