Bakının mərkəzində yaşayış evi yanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın hadisəsi Süleyman Rəhimov küçəsi 195 ünvanında qeydə alınıb.
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, 102 xidmətinə Süleyman Rəhimov-195 ünvanında yaşayış evinin yanması ilə bağlı məlumat daxil olub.
Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

www.oxu.az