Bakının Həzi Aslanov küçəsində yaşayış binalarından birinin eyvanı çöküb.
Oxu.Az xəbər verir ki, şahidlərin day.az-a bildirdiklərinə görə, köhnə eyvan iki gündür yağan qarın ağırlığına müqavimət göstərə bilməyib və gecə saatlarında çöküb.
Xəsarət alanın olmadığı deyilir.
Əraziyə FHN-ə məxsus iki yanğınsöndürən briqada cəlb olunub.
A.M.