Bakının mərkəzində binalardan birində baş vermiş yanğın lokallaşdırılıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Qeyd edək ki, yanğın Səbail rayonu Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında üçmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. (Trend)
20:00
Yanğın Səbail rayonu Yusif Məmmədəliyev küçəsi 20 ünvanında başlayıb.
Oxu.Az xəbər verir ki, şahidlərin Milli.Az-a bildirdiklərinə görə, üç mərtəbədən ibarət olan binanın sonuncu mərtəbəsində yanğın var. Hal-hazırda hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub.
Yanğının qarşısının alınması üzrə işlər gedir.