Bakının mərkəzi parkında külli miqdarda pul bahasına hazırlanmış gözəllik nümunəsi dağıdılıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində Ceyhun Hacıbəyli, Mirəli Qaşqay, Ənvər Qasımzadə küçələri, Vaqif prospektləri ilə əhatələnən istirahət parkında fontanın bəzək hissələri qoparılıb.
Nəsimi rayon İcra Hakimiyyətindən bildirildi ki, fontanın qopmuş hissələri bərpa olunacaq.