Bakıda mərkəzində, “Sahil bağı”nın yaxınlığında yerləşən binada yanğın olub.
Oxu.Az xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində, Azərbaycan Voleybol Federasiyasına məxsus idman zalının saunasında baş verib.
Bina yanğından mühafizə olunub və yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, həmin binanın 1 və 2 mərtəbələrində Bank Respublika-nın Baş ofisi yerləşir.