“Sovetski” Bakı şəhərinin tarixi ərazilərindən biridir.
Yasamal rayonunda yerləşən bu yer indi Nəriman Nərimanov prospekti adlandırılsa da bir çoxları buranı elə “Sovetski” adı ilə tanıyır.
Mirzə İbrahimov, Nizami və İbrahim Əbilov küçələrinin arasında yerləşən bu yaşayış massivində yaşı 100 ildən artıq olan tarixi binalar, məscidlər, hamamlar, Azərbaycanın tanınmış ziyalılarının yaşadıqları evlər yerləşir.
“Sovetski” həmçinin “Bayır şəhər” adı altında da tanınır.
2014–2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədar “Sovetski”də yerləşən xeyli sayda yaşayış evi sökülüb. Sökülən evlərin arasında vaxtı ilə dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də var.
“Global Photo Stock”un əməkdaşı bu tarixi ərazini kamerasının yaddaşına köçürüb.
Oxu.Az həmin fotoreportajı təqdim edir:
Foto: Tapdıq Abdullayev