Avqustun 12-dən aidiyyəti qurum tərəfindən paytaxtın Uluqbəy küçəsində (Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinədək olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Oxu.Az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd edilib ki, həmçinin Əhməd Rəcəbli küçəsində əvvəlcədən tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılacaq.
Bununla əlaqədar Ağa Nemətulla küçəsi (Fətəli xan Xoyski küçəsindən Uluqbəy küçəsinədək olan hissə) ilə hərəkət edən 2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti dəyişdirilərək Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək.
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar bu gün saat 18:00-dan etibarən Uluqbəy küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.