Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakının yerüstü keçidləri taxta ilə üzlənir?
Bakı şəhərinin müasirləşdirilməsi istiqamətində atılan növbəti addım yerüstü piyada keçidlərinin üzlənməsidir.
Oxu.Az xəbər verir ki, 8 Noyabr prospektində aparılan bu işlər sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Diqqət çəkən əsas məqam isə keçidin üzlənməsinin taxta örtüklə həyata keçirilməsi olub.
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinə sorğu ünvanladıq.
Xidmətin əməkdaşı, rəssam Emin Ələkbərov Oxu.Az-a açıqlamasında 8 Noyabr prospektindəki keçidlərin taxta ilə üzləndiyi faktını təsdiqləyib.
"Bunlar xüsusi qurudulmuş vəziyyətdə olan termotaxtalardır. Onlar həm ekoloji, həm estetik, həm də rəng nöqteyi-nəzərdən, yəni rənglərin məkana uyğun seçilməsi baxımından çox uyğundur. Bu termotaxtalar estetik cəhətdən daha müasir və daha dayanıqlıdırlar. COP29-la bağlı çalışmışıq ki, plastik materiallardan uzaq olan üzlük materialları seçək", - deyə E.Ələkbərov qeyd edib.
Əzizə İsmayılova
"Bakı Abadlıq Xidməti" teqi üzrə xəbərlər
- Səbail sakinləri parkda tikilən restorana etiraz edirlər, qurum isə bildirir ki, ELƏ FAKT YOXDUR
- Paytaxtın mərkəzi prospektində velosiped zolağı işıqlandırılıb: Layihə KİMİNDİR?
- Anar Bağırov: "Bakıda Vəkillər Kollegiyasının yeni binası inşa ediləcək"
- COP29-da qida tullantıları yenidən emal olunacaq
- Memarlıq və abadlıq arasında ziddiyyət: Bakıda fasad rəngləmələri səkiləri MƏHV EDİR