Azərbaycanın paytaxtına ilk qar yağıb.
Oxu.Az xəbər verir ki, dünən axşam saatlarında başlayan sulu qar, sonra isə qar Bakının görkəmini inanılmaz dərəcədə dəyişib.
Nəzərinizə çatdıraq ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu sulu qar yağacağı barədə proqnoz versə də, bu gün sözün əsl mənasında güclü qar yağıb.
Şəhərə yağan qar bir sıra təhlükəkli anlar yaradıb.
Belə ki, sürücülər qış üçün nəzərdə tutulmuş avtomobil şinlərinə keçmədikləri üçün yolda maşınların sürüşməsi müşahidə olunur. Bundan başqa, yollardan yığılmayan qar əriyərək, böyük gölməçələr yaradıb. Küçələrin sürüşkən olması piyadaların hərəkətində də problemlər yaradıb.
Qeyd edək ki, Milli.Az-ın məlumatına görə, Bakı-Sumqayıt yolunun Masazır körpüsündən şəhər istiqamətinə doğru uzanan hissəsi iflic olub.
Maşınlar bir saata yaxındır ki, demək olar ki, tam hərəkətsiz qalıb. Yolda uzun tıxac yaranıb.
Yol boyu bir neçə yerdə qəza baş verib.
Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az