Bakıya ilk qar yağır.
Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarından paytaxtda ilk qar yağmağa başlayıb.
Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti paytaxt və regionlarda qar və sulu qarın yağacağı xəbərini vermişdi.
Dekabrın 03-də hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunundan 765 mm civə sütununadək enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 03-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
E.Ə.
www.oxu.az