İmişlidə 3 yaşlı qız su kanalına düşüb.
Oxu.Az-ın DİN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 17-də İmişli rayonunun Oruclu kənd sakini, 3 yaşlı Mələk Mənsimova yaşadığı evin yaxınlığından keçən “Şor” su kanalına düşərək boğulub.
Məlumata əsasan, meyit sudan çıxarılıb.
Araşdırma aparılır.