Balaca Zeynəb serebral iflicdən əziyyət çəkir.
Redaksiyamıza müraciət edən Zeynəb Hüseynovanın anası Ağgün Quliyeva bildirir ki, qızı iki dəfə kliniki ölüm keçirib:
“Kliniki ölüm zamanı Zeynəbin beyninə qan sızıb, bundan sonra o, iflic olub. Həkimlər bildirir ki, bu xəstəlik onda anadangəlmə olmadığı üçün sağalma ehtimalı 99 faizdir”.
Z.Hüseynova artıq bir dəfə əməliyyat olunub.
A.Quliyeva qeyd edir ki, hazırda qızının ikinci əməliyyata ehtiyacı var:
“Əməliyyatı Türkiyədədir. Ehtiyac üzündən gözləməyə məcbur qalmışıq. Zeynəbin Əməliyyatına 30 min manat pul lazımdı. Hazırda o pulun 9 100 manatı var. Yerdə qalan məbləğ üçün xeyirxah insanların köməyinə ehtiyacımız var”.
Yeddi yaşlı Zeynəbin sağlamlığına qovuşması üçün dəstəyə ehtiyacı var.
Əlaqə telefonu (+994) 55 478 03 02
Kart hesabı: 4169 7385 0490 2325
:640.jpg)

:640.jpeg)

:640.jpeg)


