Balakəndə fərdi evdə yanğın baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, axşam saatlarında Balakən şəhəri, Daanov küçəsində yaşayış evində güclü yanğın qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlər evdə 2013-cü il təvəllüdlü Ramal Amil oğlu Alagözovun yanmış meyitini aşkar ediblər.
Hazırda yanğın məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
S.B.
www.oxu.az