Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Balakəndə baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi MƏLUM OLDU
Balakəndə baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın Balakən rayonu Hənifə kəndində 1987-ci il təvəllüdlü Məcid Məmmədova məxsus evdə qeydə alınıb.
Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Məmmədova yanıq xəsarətləri alıb.
Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli bir otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rəylər