Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş direktor: "Azərbaycanda yüksək texnoloji kimyəvi və toksikoloji laboratoriya mövcud deyildi"
"Ölkə ərazisində laboratoriyaların olmasına baxmayaraq, bu sahədə ixtisaslaşdırılmış mütəxəssislərdən ibarət mərkəzləşdirilmiş yüksək texnoloji kimyəvi və toksikoloji laboratoriya mövcud deyildi və ona görə də bu laboratoriyalar yaradılıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda nazirliyin Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova açıqlayıb.
M.Axundova bildirib ki, laboratoriyada avtomatlaşdırılmış, yüksək dəqiqlik, həssaslıq və etibarlılığa malik son nəsil maye və qaz xromatoqrafları mövcuddur:
"Mövcud cihazlarda zəhərli maddələrin, terapevtik və epileptik dərmanların, narkotik və psixotrop maddələrin, dərman metabolitlərinin, pestisidlərin, ağır metalların, dəm qazının, immunosupressantların, alkoqol və uçucu maddələrin, üzvi turşuların, zərurət yarandıqda dopinq vasitələrinin yoxlanılması mümkündür. Həmçinin, qeyd etmək istərdim ki, laboratoriyada olan qaz xromatoqrafının (elektron) kitabxanasının yaddaşında iki yüz on iki mindən çox maddə mövcuddur ki, bu da naməlum zəhərlənmələrin səbəblərinin müəyyən olunmasında mühüm rol oynayır. Bəzən tibb müəssisələri və digər qurumlarda narkotik maddələrin test üsulu ilə yoxlanması zamanı neqativ hallar baş verir. Test üsulu istiqamətverici xarakter daşıyır və alınan nəticələr yanlış ola bilir. Bu isə ondan irəli gəlir ki, bəzi dərman vasitələrinin və qida məhsullarının qəbulu zamanı analizlər testlə yoxlanıldıqda yanlış-mənfi, yanlış müsbət (kross-reaktivlik) nəticə əldə olunur. Belə halların araşdırılması Laboratoriyada yüksək ixtisaslı peşəkar mütəxəssislər tərəfindən qaz və maye xromatoqroflarında aparılır və dəqiq nəticələr əldə olunur".
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Dövlət tibb müəssisələrində işə qəbul olmaq istəyənlər üçün videotəlimat hazırlandı
- Səhiyyə Nazirliyi: "Plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır"
- Valideynlərdən biri talassemiya xəstəsi olarsa, sağlam uşaq dünyaya gələrmi?
- Dünyanın 20-dən artıq ölkəsindən olan məşhur ürək-damar cərrahları Bakıya toplaşırlar
- Elektron resept sistemində texniki problemlər yarandıqda nə etmək lazımdır?