Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

FIFA futbola yeni qaydalar gətirir – Bu ildən tətbiq olunacaq
2025-ci ildə ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Kuboku bir sıra yeniliklərlə yadda qalacaq.
Oxu.Az xəbər verir ki, turnirdə həm qapıçılar, həm də hakimlərlə bağlı yeni qaydalar tətbiq olunacaq.
Bu dəyişikliklər 14 iyun - 13 iyul tarixlərində baş tutacaq yarışda ilk dəfə gerçəkləşəcək.
Turnirdəki hakimlər də texnoloji yeniliklərlə çıxış edəcəklər - onlar matçlar zamanı bədən kamerası taxacaqlar. Bu kameralar vasitəsilə azarkeşlər birbaşa olaraq hakimin baxış bucağından oyunları izləmək imkanı əldə edəcəklər.
Digər tərəfdən, qapıçıların vaxt uzatmasının qarşısını almaq üçün konkret limit müəyyən edilib. Belə ki, bir qapıçı topu əlində maksimum 8 saniyə saxlaya bilər. Bu müddəti keçərsə, rəqib komandaya künc zərbəsi (korner) veriləcək.
FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina mövzu ilə bağlı açıqlama verərək bildirib:
"Hakimin nə gördüyünü izləyə bilmək tamaşaçılar üçün yeni bir təcrübə olacaq. Bu, izləyicilər üçün maraqlı və fərqli bir fürsətdir".
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA)" teqi üzrə xəbərlər
- FIFA qadınlar arasında dünya çempionatının iştirakçılarının sayını artırdı
- FIFA Vinisiusu futboldan kənarlaşdıra bilər
- FIFA Mahir Emrelinin sabiq komandasına transfer qadağası qoydu
- FIFA Klublararası Dünya Çempionatının iştirakçıları üçün pul mükafatının məbləğini açıqladı
- Blatter və Platiniyə bəraət verildi