Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Baş Dövlət Yol Polisi İdarəsindən yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ
Hazırda müşahidə olunan yağmurlu hava yollarda əlverişsiz mühit yaratmaqla yanaşı, qəza riskini də əhəmiyyətli dərəcədə artırıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Bildirilib ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara istisnasız əməl etməyi tələb edir.
"Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını da nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək, ötmə, manevr etmə zamanı diqqətli olmaq tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın piyadalar üçün də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, onları da məsuliyyətli olmağa, qaydalara sözsüz əməl etməyə çağırır", - deyə müraciətdə qeyd olunub.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Saxta nömrələri alan və istifadə edən sürücüləri hansı cərimələr gözləyir? - Rəsmi AÇIQLAMA
- Bakı-Şamaxı və Bakı-Quba yollarında buzlaşma var
- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: "Ətrafdakı insanları nəzərə alın"
- Bakıda ana və iki övladının vurulması ilə nəticələnən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- BDYPİ sürücülərə xəbərdarlıq edib