Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Devid Bekhem: "Ən böyük peşmanlığım "Real Madrid"ə keçmək idi"
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem karyerası ərzində verdiyi qərarlardan danışıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, o, 2003-cü ildə "Mançester Yunayted"dən "Real Madrid"ə keçdiyi üçün peşman olduğunu bildirib.
"Karyeramın qalan hissəsində "Mançester Yunayted"də olmaq və heç vaxt ayrılmamaq istərdim. Amma bu, nəzərdə tutulmamışdı. Karyeramın ən böyük peşmanlığı "Real"a keçmək idi".
Qeyd edək ki, Devid Bekhem peşəkar futbolçu karyerası ərzində "Mançester Yunayted", "Preston", "Real Madrid", "Los-Anceles Qalaksi", "Milan" və PSJ kimi klublarda oynayıb. 49 yaşlı Bekhem hazırda "İnter Mayami" klubunun prezidentidir.
"Devid Bekhem" teqi üzrə xəbərlər
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- Devid Bekhemin oğlu azərbaycanlılara yaxşı məlum olan proseduru sınaqdan keçirdi
- İngiltərə nəhəngi Lionel Messi ilə danışıqlara başlayıb
- Bekhemlər 78,5 milyon dollara yeni ev alıblar
- "Mançester Yunayted" klubunun XXI əsrdəki ən yaxşı futbolçusu açıqlandı - Ronaldu ikinci olub