Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Baş həkim: Zəhərlənən tələbələrin vəziyyəti stabil-ağır olaraq qalır
Zəhərlənən tələbələr özünə gəlsə də, vəziyyətləri stabil-ağır olaraq qalır.
Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.
O bildirib ki, tələbələrin nədən zəhərlənməsi ilə bağlı dəqiq fikir söyləmək tezdir:
“Zəhərlənmənin mənşəyi hələlik məlum deyil. Təxminən 40 dəqiqədən sonra götürülən toksikoloji analizlərin cavabı gələcək. Yalnız ondan sonra zəhərlənmənin səbəbi barədə bir söz demək mümkün olacaq.
Hazırda vəziyyətləri stabil, ağır olaraq qalır. Huşları özlərində olsa da, zəifdirlər. Zəhərlənmənin növləri çoxdur. Bu, həm məişət, həm sənaye zəhərlənməsi ola bilər. Hazırda onların vəziyyətlərinin yaxşılaşdırılması üçün həkimlər əllərindən gələni edir”.
Könül Cəfərli
Rəylər