2018-ci ildə 74 tibb işçisi cəzalandırılıb.
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, 11 nəfər tibb işçisi işlərində yol verdikləri nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib:
“13 əməkdaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 25 nəfərə sadə töhmət verilib. 25 nəfərə isə xəbərdarlıq edilib”.
“Cəzalandırılan əməkdaşların içində baş həkim, mama-ginekoloq, həkim anestezioloq-reanimatoloq, şüa-diaqnostlar, həkim-cərrah, orta tibb işçiləri var. Mama-ginekoloqlar, tibb işçiləri hamilə qadını vaxtında müayinəyə cəlb etməyib, qeydiyyata almayıb. Həmin şəxslər cəzəlandırılıb”, - deyə baş mama-ginekoloq qeyd edib.
İlhamə Əbülfət