Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş nazir dövlət rüsumu ilə bağlı qərarı təsdiqlədi
Nazirlər Kabineti "Dövlət rüsumu haqqında" Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Nazirliyin sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz. Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq.
Bundan başqa, büdcədənkənar vəsaitin Nazirliyin Aparatı və strukturuna daxil olan qurumları arasında bölgüsü Nazirliyin müvafiq əmri ilə rəsmiləşdiriləcək.
Həmçinin büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənəcək:
- işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;
- işçilərin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi;
- işçilərə maddi yardımın göstərilməsi.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Arağın minimum qiymətinin müəyyənləşdirilməsinə dair ŞƏRTLƏR AÇIQLANDI
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki qurumlar AÇIQLANDI
- Baş nazirdən benzin və dizellə bağlı MÜHÜM QƏRAR
- Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib
- Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb