Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Azərbaycan Dəmir Yolları" QSC lisenziya və icazə tələbindən azad olunur
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunacaq.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Nəqliyyat haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən qanunlarla müəyyən olunmalıdır. Qanunun bu tələbi nəzərə alınmaqla, "Nəqliyyat haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi hazırlanıb və müvafiq qurumun (ADY və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmasını nəzərdə tutur. Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin siyahısı qanun qəbul olunduqdan sonra təsdiq ediləcək.
Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə və öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, "Avtomobil yolları haqqında" və "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikası qanunları ilə müvafiq olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azərbaycan Respublikası Kosmik Agentliyinə (Azərkosmos) də tətbiq edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Sərnişinlər Qəbələ Dəmiryol Vağzalında gözləmə zalına buraxılmırlar?
- ADY-yə məxsus sərnişin qatarının vurduğu piyadanın vəziyyəti AÇIQLANDI
- Bakı-Sumqayıt qatarının sərnişinlərinin NƏZƏRİNƏ - Sabahdan qrafik dəyişir
- "ADY Ekspres"in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirilib
- Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların YENİ QRAFİKİ AÇIQLANDI