Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Şuranın sədri seçilib.
Şuranın tərkibinə isə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova daxildir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Mülki təyyarələrin uçuşa yararlılığı üzrə sertifikatlaşdırılma qaydası təsdiqlənib
- Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqlənib
- Azərbaycanda uçuş və kabinə heyətinə təlim keçənlərlə bağlı qayda təsdiq edilib
- Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib
- Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib