Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Baş nazirin magistratura ilə bağlı QƏRARI – Yeni ixtisaslar
Nazirlər Kabineti Baş nazir Əli Əsədovun 2020-ci il 30 yanvar tarixli 26 nömrəli qərarını şərh edib.
Həmin qərar “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” ilə bağlıdır.
Nazirlər Kabinetindən Oxu.Az-a bildirilib ki, qərarla təsnifata ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların daxil edilməsi nəzərdə tutulur.
Nazirlər Kabineti həmin ixtisasların adlarını da açıqlayıb: “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökumət”, “Neft-qaz çıxarmada nanotexnologiya”, “Süni intellekt”, “Məsafədən müşahidə”, “Dərman preparatlarının keyfiyyətinin təminatı”.
Bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyyatda yaranan kadr tələbatını təmin edəcək.
Bu isə yeni yaranan sahələr və iqtisadiyyatın müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR
- Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib
- Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi
- Azərbaycanda "Qrantların reyestrinin aparılması Qaydaları" təsdiqlənib
Rəylər