Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baş prokurordan YENİ TƏYİNATLAR
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları təyin ediliblər.
Eləcə də, Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov tutduğu vəzifədən azad edilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsinə təyin olunub.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə, Neftçala rayon prokuroru Aydın Əliyev tutduğu vəzifədən azad olunub.
Rəylər