Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İki qadına Baş Prokurorluqda vəzifə verildi
Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən, Şəlalə Rüstəmova və Səkinə Hüseyinova-Zeynalova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, onların hər ikisi 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Ş.Rüstəmova bu təyinata qədər Nizami rayon prokurorunun köməkçisi və böyük köməkçisi vəzifələrində, S.Hüseyinova-Zeynalova isə Siyəzən rayon prokurorluğunun müstəntiqi və həmin rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləyib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib
- Xankəndi Şəhər Prokurorluğunun qadın müstəntiqi: "Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm"
- Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı
- İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib
- Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi
Rəylər