Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Bu barədə Oxu.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
Səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığı, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyəti, müdafiənin dayanıqlığı, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, nizam-intizam və sosial şəraitinin yoxlanılmasıdır.