Türkiyənin pilotsuz uçuş aparatı (PUA) istehsalçısı olan “Baykar” şirkəti Azərbaycanda baş tutmuş “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalından maraqlı görüntünü paylaşıb.
Fotolar “Baykar”ın “Twitter” səhifəsində dərc edilib.
Fotolara şərh olaraq Azərbaycan və türk dilində “Bir uşaq gəldi, təyyarəyə toxundu” cümləsi yazılıb. Paylaşılan fotolarda isə 2021 və 2022-ci illərdə İstanbulda və Bakıdakı festivallarda qonaq olan körpələrin “Bayraktar TB-2” PUA-ları ilə tanışlığı əksini tapıb.
“Bir çocuk geldi, bir uçağa dokundu.”
— BAYKAR (@BaykarTech) July 7, 2022
“Bir uşaq gəldi, bir təyyarəyə toxundu.”#TeknofestTbt#TEKNOFESTAZERBAYCAN 🇹🇷🇦🇿 pic.twitter.com/QYgQR4mvgR