Balakəndə Novruzun gəlişi qeyri-adi şəkildə keçirilib.
Oxu.Az xəbər verir ki, ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, Balakən rayonunda Baharın gəlişi möhtəşəm şəkildə qeyd olunmaqla Azərbaycan bayrağının səmaya yüksəldilməsilə start götürdü.
Havaya qalxan təyyarə üçrəngli bayrağımızı bir müddət səmanın yüksəkliklərində dalğalandırıb.
Balakən aviasiya məktəbinin yetirməsi daha sonra paraşütlə bayrağımızı dalğalandıraraq, bayramın keçirildiyi ərazinin yaxınlığına eniş edib.
Qonaqlar Bahar bayramının belə orijinal qeyd edilməsini gur alqışlarla qarşılayıblar.
E.Ə.
www.oxu.az