Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıb.
Oxu.Az Prezidentin rəsmi saytına istinadən məktubu təqdim edir.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, bu gün prezident Həsən Ruhaninin anası Səkinə Peyvəndi dünyasını dəyişib.
Mərhum Tehranın Milad xəstəxanasında müalicə olunurdu.
E.Ə.
www.oxu.az