Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bayram günlərində rayonlarda istirahət NEÇƏYƏ BAŞA GƏLİR?
Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.
Bu müddətdən faydalanan vətəndaşlar istər bölgələrə, istərsə də xarici ölkələrə səyahət etməyi planlaşdırırlar. Bayram günlərində, xüsusilə də uzunmüddətli tətillərdə hotel qiymətləri adi günlərlə müqayisədə xeyli artır.
Ekspertlərin sözlərinə görə, xariclə müqayisədə ölkədaxili istirahət daha ucuz başa gəldiyi üçün daxili turizmə maraq böyükdür.
"Şimal bölgəsində 4 ulduzlu hotellərin qiyməti 100-150, 5 ulduzlu hotellərin qiyməti 150-250 manat arasında dəyişir. Bura 2 nəfərlə qalmaq və səhər yeməyi daxildir. Şəki-Qax-Zaqatala bölgəsində 4 ulduzlu hotellər 80-130, 5 ulduzlu hotellər 130-200 manat arasında dəyişən qiymətlərlə təklif olunur. Lənkəran, Masallı, Astarada olan hotellərin qiyməti nisbətən münasibdir. 4 ulduzlu hotellər 80-120, 5 ulduzlu hotellər isə 100-150 manatdan başlayan qiymətlərlə təklif olunur", - deyə turizm eksperti Rəhman Quliyev mövzu ilə bağlı Baku TV-yə açıqlamasında bildirib.
Ekspertlər onu da qeyd ediblər ki, turizm sahəsində qiymətlərin qalxması mövsümi xarakter daşıyır və tələbin çoxluğu ilə əlaqədardır.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Məmmədsadıq Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir"
- "Səssiz ölüm" can almağa davam edir - SƏBƏBLƏR
- Afaq Bəşirqızı: "Xalq artisti" adını alanların bəziləri bu ünvana layiq deyillər"
- Türkiyə və İsrail münasibətlərinin isinməsində Azərbaycanın rolu - Bizdən nə danışırlar?
- Şabranda baş verən dəhşətli hadisənin detalları məlum oldu - Xəbərlərin 20:00 buraxılışı