Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Müəllimləri təhqir edən qalmaqallı direktora 5 min manatlıq rüşvət İDDİASI - AUDİO
Müəllimlərə "Hinduşqabaş" deyərək təhqir edən 301 nömrəli məktəbin direktorunun yeni səs yazısı yayılıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, səs yazısından aydın olur ki, müəllimlərin şagirdlərdən yığdığı pul direktora çatdırılır.
Pedaqoji heyət uzun müddətdir direktoru görmədiklərini bildirdilər.
Yuxarı sinif şagirdinə görə valideyndən pul tələb edildiyini, hətta bu səbəbdən işindən azad edilənin olduğunu da bildirildi.
Valideyn Gülanə Cəfərova iddia edib ki, övladının hazırlığa getməsinə şərait yaratması üçün direktor ondan 5000 manat pul alıb.
Digər bir müraciət isə əvvəllər məktəbin bufetində çalışan xanım tərəfindən oldu. İddialara görə, direktorun tələb etdiyi pulu verməyən qadın işdən azad edilib.
Səslənən iddialarla bağlı direktorla əlaqə saxlamaq mümkün olmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 301 nömrəli tam orta məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib.
Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan direktor Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Ətraflı süjetdə:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)" teqi üzrə xəbərlər
- Müəllimləri təhqir etdiyi deyilən məktəb direktoru ilə bağlı araşdırma aparılır
- Qara görə təxirə düşən imtahanın keçiriləcəyi tarix BƏLLİ OLDU
- 600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI
- Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədi: "Mənə dilənçi payı lazım deyil"
- İşə qəbul imtahanı hava şəraitinə görə TƏXİRƏ SALINDI