Şuşanın azərbaycanlı əhalisinin sayı 31 500 nəfərdir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycan İcmasının rəhbəri Bayram Səfərov deyib.
O bildirib ki, Şuşanın əhalisi 1989-cu ildə 20 minə yaxın idi. Bu gün isə Şuşanın azərbaycanlı əhalisinin sayı 31 500 nəfərdir:
“O zaman orada yaşayan ermənilərin sayı təqribən 3 minə yaxın olub. Bu gün Ermənistanın əhalisinin sayı da, ərazisi də bəllidir. Hamı bilir ki, Azərbaycanın əhalisinin sayı 10 milyona yaxınlaşır. İnşallah, 10 milyonluq xalqın döyüşən oğlanları torpaqlarımızı azad edəcəklər. Bu gün bizim ordumuz MDB məkanında ən müasir silahlarla təmin olunub. Azərbaycanda yalnız orduya ayrılan xərc bütün Ermənistanın büdcəsindən çoxdur”.